BRAVO “Açılış Zəngi” mərasimi keçirildi

28 oktyabr Bakı Fond Birjasında Bravo Supermarketlər şəbəkəsinin daxil olduğu "Azərbaycan Supermarket" MMC-nin mütəşəkkil kapital bazarlarında ilk istiqraz buraxılışını qeyd etmək məqsədi ilə “Açılış Zəngi” mərasimi keçirilmişdir.

10 milyon manat həcmində olan yerləşdirmənin anderraytinq xidmətini BFB-nin üzvü Paşa Kapital İnvestisiya Şirkəti QSC həyata keçirmişdir. Azərbaycanın qeyri-neft sektorundan olan "Azərbaycan Supermarket" MMC-nin istiqraz buraxılışı həyata keçirməsi yerli mütəşəkkil kapital bazarlarının inkişafı üçün xüsusi önəm daşıyır.

Açılış mərasimində emitent tərəfindən “Azərbaycan Supermarket”MMC-nin baş icraçı direktoru Kevin Paul Landi, Azərbaycan Mərkəzi Bankının Kapital bazarlarına nəzarət departamentinin direktorunun müavini Samir İsmayılov, birja üzvü tərəfindən Paşa Kapital investisiya şirkətinin direktoru Ceyhun Hacıyev, BFB-nin sədri v.m.i.e Eldar Abdullayev  iştirak etmişdir. BFB-nin İdarə Heyətinin Sədri v.m.i.e Eldar Abdullayev “Açılış Zəngi” Mərasimini açıq elan edərək Bravo Supermarketlər şəbəkəsinin daxil olduğu "Azərbaycan Supermarket" MMC-nin birja vasitəsilə həyata keçirtdiyi istiqraz buraxılışının Azərbaycanda maliyyə sektorunun inkişafı istiqamətində aparılan tədbirlərin uğurlu nəticəsi olduğunu, maliyyə sektorunun inkişafına töhfə verməklə yanaşı vətəndaşlar üçün yeni investisiya imkanlarının formalaşmasında xüsusi rol oynayacağını bildirdi. Eyni zamanda, qeyd olunan istiqrazlar korporativ qiymətli kağızlar bazarında maliyyə alətlərinin diversifikasiyasına səbəb olmaqla investorlar üçün daha geniş imkanların olduğu münbit investisiya mühiti formalaşdıracaqdır.

Paylaş:
Kateqoriyalar