Haqqımızda

2019 -cu ildə əsası qoyulan Portchase.com, Şərqi Avropa və Mərkəzi Asiyanın mərkəzindəki B2B bazarının ən böyük ticarət platforması olmağı qarşısına məqsəd qoyur.

Platforma, bir kliklə ticarət dəstək xidmətləri ilə yanaşı, Kiçik, Orta və Böyük Müəssisələr üçün eyni dərəcədə görünən və əlçatan bazar imkanlarının yaradılmasına yönəlmişdir.

Bizim missiyamız

Portal, Alıcıların müntəzəm olaraq istifadə edə biləcəyi tətbiqlərdən və alətlərdən köməyi ilə tələblərinə ən maksimal şəkildə uyğun gələn məhsul və təchizatçı axtarışı üçün Portchase.com-a müraciət etməsinə şərait yaradır. Bununla da, Portal müxtəlif sanayelərdən olan Satıcıların(şirkətlərin) satınalma qərarı verən auditoriya ilə bağlantı yaratmasına şərait yaradır, məlumatlandırır, və dəstəkliyir.

Başqa sözlə, Portal Alıcı tərəfin Satınalma bölməsi daha asan axtarış etməsi və təchizatçılar arasında rəqabətli tender və kotirovka keçirməsini asanlaşdırır və eyni zamanda Satıcıların bir çox fərqli Satınalan şirkətlə rahat bağlantı qurmaq və önündə yeni bazarlar açmaq üçün gözəl bir vitrin effektini təklif edir.

Baxışımız

Portchase.com-un Şərqi Avropa və Mərkəzi Asiyanı hədəf seçərək Satıcı şirkətlər üçün yüksək şəffaf və istifadəsi asan bir rəqəmsal bazar olması planlaşdırılır. İdeologiyamız, müxtəlif ölçülü və müxtəlif bazar Satıcılarını Alıcılarla ən səmərəli və təsirli şəkildə birləşdirməkdir. Platforma, dünyanın hər yerindən gələn korporativ alıcılara bir növ rəqəmsal iqtisadi sahə yaradacaq və fəaliyyət göstərəcək.